Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Meksikada təhlükəsizlik qüvvələri hərbi əməliyyat keçirib

Ceyhun Bayramov: Azərbaycan səfirliklə əlaqə saxlayır, vətəndaşlardan müraciət daxil olmayıb

90

Azərbaycan Meksikada baş verən son hadisələr fonunda bu ölkədə fəaliyyət göstərən səfirliyi ilə davamlı təmasdadır.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Bakıda yerləşən Ana fəryadı abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə əsasən, indiyədək Meksikadakı səfirliyə Azərbaycan vətəndaşları tərəfindən hər hansı müraciət daxil olmayıb.

Xatırladaq ki, Meksikanın Xalisko ştatında federal təhlükəsizlik qüvvələri ştatın inzibati mərkəzi Qvadalaxarada və təxminən 130 kilometr cənubda yerləşən Tapalpada Xalisko Yeni Nəsil kartelinə qarşı hərbi əməliyyat həyata keçirib. Məlumatlara görə, qarşıdurma zamanı kartel rəhbəri El Menço öldürülüb.

Əməliyyatdan sonra Xalisko və ölkənin digər bir sıra ştatlarında cinayətkar qruplar iğtişaşlar törədərək magistral yolları bağlayıb, nəqliyyat vasitələrini və obyektləri yandırıb, həmçinin polis əməkdaşlarına hücumlar ediblər.

Xarici KİV-in yaydığı xəbərlərə görə, El Mençonun zərərsizləşdirilməsindən sonra baş verən zorakılıq dalğası nəticəsində 25 təhlükəsizlik əməkdaşı daxil olmaqla ümumilikdə 73 nəfər həyatını itirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.