Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU tələbəsi adını qazanan şəhid övladı ilə görüş keçirilib

74

Şəhid Razi Hüseynovun övladı Vəfa Hüseynova subbakalavr kimi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsindən müvəffəqiyyətlə keçərək  Mingəçevir Dölvət Universitetinin (MDU) tələbəsi adını qazanıb. O, MDU-nun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasında təhsilini davam etdirəcək.

Bu münasibətlə, 2023-cü il sentyabrın 11-də MDU-nun rektoru Şahin Bayramov V.Hüseynova ilə görüşüb. Görüşdə şəhid atası Akif Hüseynov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova da iştirak edib.

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli və uzaqgörən rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 30 illik yurd həsrətinə son qoyulduğunu qeyd edən Ş.Bayramov Allahdan bütün şəhidlərə rəhmət və qazilərə şəfa diləyib.

Tələbə adını qazanması münasibətilə şəhid övladını təbrik edən rektor MDU-da tələbə gənclərin hərtərəfli inkişafı üçün təqdim edilən imkanlardan bəhs edib və tələbəyə uğurlar arzulayıb.

Göstərilən diqqətə görə təşəkkürlərini çatdıran V.Hüseynova və babası A.Hüseynov  universitet ilə tanışlığın, rəhbər və kollektiv üzvləri ilə görüşlərin onlarda xoş təəssürat yaratdığını bildirib və MDU-da müasirləşmə istiqamətində atılan addımlardan məmnun olduqlarını söyləyiblər.

Sonra xatirə şəkilləri çəkdirilib.

Şərhlər bağlıdır.