Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU Rumıniyada beynəlxalq həftədə təmsil olunub

21

2023-cü ilin 24-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Rumıniyanın Transilvania Braşov Universitetində keçirilən “Ali təhsildə və Erasmus+ mobilliklərində rəqəmsal texnologiyaların və onlayn tədrisin inteqrasiyası” adlı beynəlxalq həftədə təmsil olunub.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi çərçivəsində təşkil olunan və dünyanın fərqli ölkələrinin universitetlərindən 75 akademik və inzibati heyət üzvünün qatıldığı beynəlxalq həftədə MDU-dan bu ali təhsil müəssisəsinin əməkdaşı Sənan Mehdi iştirak edib.

Beynəlxalq həftə çərçivəsində müxtəlif seminarlar, mədəni debatlar və görüşlər təşkil olunub. Proqram iştirakçıları ali təhsildə və Erasmus+ mobilliklərində rəqəmsal texnologiyaların və onlayn tədrisin inteqrasiyası ilə bağlı qabaqcıl təcrübələrlə tanış olub və müvafiq aktual mövzularda fikir mübadiləsi aparıblar.

Bundan əlavə, MDU-nun əməkdaşı S. Mehdi Transilvania Braşov Universitetinin Sosiologiya və kommunikasiya fakültəsində, beynəlxalq əlaqələr ofisində və araşdırma mərkəzində olub və mövcud əməkdaşlıq imkanlarını araşdırıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə onların “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakına xüsusi önəm verilir.

Şərhlər bağlıdır.