Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun Türkiyəli müəllimi qardaş dəstəyini yüksək qiymətləndirib

22

2023-cü il fevralın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin alimi Sinan Toklu ilə görüşüb.

Görüşdə qardaş ölkədə baş vermiş zəlzələnin hər birimizi dərindən sarsıtdığını bildirən Ş.Bayramov faciəvi şəkildə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib və dağıntılar altında qalan insanların sağ-salamat xilas olmasını arzulayıb.

Rektor faciənin baş verdiyi ilk saatlardan etibarən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın böyük diqqət və dəstəyindən bəhs edib, dövlətimizin və xalqımızın hazırda ağır və sınaqlı günlər yaşayan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirməsinin qürurverici olduğunu bildirib.

Əslən Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri Adanadan olan qonaq alim S.Toklu faciənin acı nəticələrindən danışıb, Azərbaycanın qardaş qayğısının Türkiyədə yüksək qiymətləndirildiyini vurğulayıb və göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Şərhlər bağlıdır.