Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) “Heydər Əliyev adına təqaüd”ə layiq görülüblər.
Bununla əlaqədar olaraq, tələbələr 2023-cü ilin dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayında təntənəli təqdimetmə mərasimində iştirak edib və müvafiq sertifikatla təltif olunublar.
MDU-nun rektoru Şahin Bayramov təqaüdə layiq görülmüş tələbələri təbrik edib və onlarla xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.
Təqaüdə layiq görülmüş MDU tələbələri N.Qədimli və Q.Hüseynova ali təhsil müəssisələrinə qəbul imtahanlarında da yüksək nəticə göstəriblər. Hazırda onların hər ikisi həm əlaçı təqaüdünü, həm də “Gələcəyin müəllimi” təqaüdünü alırlar.
Şərhlər bağlıdır.