Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun daha dörd əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

27

Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşına – Ayna Babazadə, Səadət Ağakişiyeva, Könül Cabbarova və Xəyalə Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Bu münasibətlə, 2023-cü il iyulun 6-da MDU-nun rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomunu almış əməkdaşlarla görüşüb.

Son dövrdə alimlərinin sayının sürətlə artması hesabına MDU-da elmi potensialın güclənməsindən məmnunluğunu ifadə edən rektor Ş.Bayramov cari tədris ilində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən gənc əməkdaşları təbrik edib, elmi və pedaqoji fəaliyyətlərində onlara uğurlar arzulayıb. Yeni dövrün universitetinə çevrilmək yolunda qarşıda duran vəzifələrdən bəhs edən rektor MDU-nun modernləşməsi istiqamətində görülən işlərə gənc alimlərin əhəmiyyətli töhfələr verəcəklərinə əminliyini bildirib.

Gənc alimlər elmi və pedaqoji karyeralarınının inkişafı üçün MDU-da yaradılan şəraitə və göstərilən dəstəyə görə təşəkkürlərini bildirib və universitetin strateji hədəflərinə doğru irəliləməsində üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, elmi fəaliyyətin səmərəliliyinin artırılmasını və elmi potensialın gücləndirilməsini diqqət mərkəzində saxlayan MDU-da əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.