Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və əməkdaşı Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər.
MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimləri Nərgiz Niftəliyeva və Günel Nəcəfovanın müşayiəti ilə universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Ziyarət zamanı universitet kollektivi əqli cəhətdən zəif inkişaf etmiş xüsusi qayğıya ehtiyac duyan uşaqlara münasibətdə tətbiq olunan fərdi davranış qaydaları, təlim-tərbiyə metodları və valideynlərlə birgə işlər barədə praktiki əhəmiyyətli məlumatlar əldə ediblər.
Mərkəzin rəhbəri Aygün Fərruxova müvafiq pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələrin uşaqların reabilitasiyası və inkişafı mərkəzlərini münəzəm ziyarət etməsinin önəmindən danışıb, praktiki bilik və bacarıqların artırılması baxımından universitet kollektivinin bu təşəbbüsünü müsbət dəyərləndirib.
Sonra tələbələr mərkəzdə təhsil alan uşaqlarla müxtəlif oyunlar təşkil edib və birgə tapşırıqlar icra ediblər.
Qeyd edək ki, cəmiyyətə faydalı sosial xidmətlər göstərməyi əsas missiyalarından biri kimi müəyyən edən MDU-da müxtəlif formatlı sosialyönümlü tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verirlir.
Şərhlər bağlıdır.