2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistantı ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri düzülüb, Ulu öndərin əziz xaatirəsi dərin hörmət və ehtiramla anılıb.
Sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edilib. Ekskursiya zamanı MDU kollektivi Azərbaycanın dahi şəxsiyyətinin zəngin ömür yolunu əks etdirən ekspozisiya ilə yaxından tanış olub, ulu öndərin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, MDU-da Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.