Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada

310

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtsaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər.

Ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara baxış keçiriblər, teleskopların iş prinsipi ilə tanış olublar, aparılan elmi-tədqiqatların əsas istiqamətləri və nəticələri barədə məlumatlandırılıblar.

Ekskursiya tələbə və müəllim heytəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi diqqət yetirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.