2023-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda MDU-nun Təhsil fakültəsinin fəaliyyəti, dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, universitetdə elm və innovasiya fəaliyyəti haqqında hesabatlar dinlənilib. Təqdim edilən hesabatlar üzrə müzakirələr aparıldıqdan sonra müvafiq tapşırıq və tövsiyyələr verilib və hər üç hesabat Şura üzvləri tərəfindən qəbul olunub.
Sonra ˝Heydər Əliyev İli˝ çərçivəsində universitetdə fəaliyyətlərin genişləndirilməsi, Mingəçevir şəhərinin ictimai həyatında MDU əməkdaşlarının, tələbə və magistrantların aktivliyinin artırılması və əməkdaşların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Şərhlər bağlıdır.