Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə yanğından mühafizə yolları ilə bağlı maarifləndirici seminar keçirilib.
Seminarda FHN-nin Aran Regional Mərkəzinin əməkdaşları, MDU-nun bir qrup professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib.
FHN-nin Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru Azər Mahmudov, Mərkəzin maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qaçayev və Dövlət Yanğın Nəzarət Xidmətinin Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət kapitanı Elnur Həbibzadə çıxış ediblər.
Çıxışlar zamanı yanğın təhlükəsizliyinə dair tələblər, baş verə biləcək yanğınlar zaman ilkin zəruri davranış qaydaları haqqında tələbələrə məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin ərazilərin təmiz, ehtiyat çıxışlarının daimi istifadəyə yararlı, su təchizat qurğularının daim işlək vəziyyətdə saxlanılmasının yanğından mühafizədəki rolu barədə iştirakçılar məlumatlandırılıb.
Tələbələr tərəfindən maraqla qarşılanan seminarda suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.
Şərhlər bağlıdır.