Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da ustad dərs: Strateji insan resursları idarəetməsi

10

2023-cü ilin noyabrın 24-də Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) Turizm fakültəsinin dəstəyi ilə ustad dərs keçirilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən növbəti ustad dərs “Strateji insan resursları idarəetməsi” fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü, “Biznesin idarə edilməsi” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə təhsil alan magistrantları iştirak ediblər.

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə AHBVU Turizm fakültəsinin professoru Hakan Koç mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Sözügedən ustad dərsin təşkilinə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer dəstək göstərib.

Şərhlər bağlıdır.