Mingəçevir Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin VII elmi-nəzəri konfransı keçirilib.
Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov açmışdır. Şuşa şəhərinin işğal olmasının 27-ci ildönümü ilə əlaqədar Şuşada və Azərbaycanın bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş edib.
Sonra söz Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubova verilmişdir. V.Əyyubov universitetin rektoru Akif Hacıyevin salamlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı və konfransın işinə uğurlar diləyib.
Professor qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin elmi konfransın təşkil edilməsini böyük uğur kimi dəyərləndirən professor Veysəl Əyyubov bu günkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu deyib, tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirib, rəhbərlik tərəfindən istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini bildirib. V.Əyyubov ölkədə aparılan böyük təhsil islahatlarından, MDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi istiqamətində gedən çoxşaxəli fəaliyyətdən də geniş bəhs edib.
Konfransın rəsmi hissəsində Pedaqoji fakültənin T18 saylı qrup tələbəsi Xədicə Abdullayeva “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” (elmi rəhbər, dosent Esmira Cəfərova), İqtisadiyyat və idarəetmə fakültəsinin İ17.1 saylı qrup tələbəsi Gülnaz Qarayeva “Azərbaycanın sosial-iqtisadi inkişafının Heydər Əliyev modeli” (elmi rəhbər, professor Veysəl Əyyubov), Mühəndislik fakültəsinin EM17 saylı qrup tələbəsi Ayişə Malımova “Akustik çirklənmə və insan sağlamlığı” (elmi rəhbər, dosent Məhyəddin Mehdiyev), İqtisadiyyat və idarəetmə fakültəsinin M17 saylı qrup tələbəsi Çingiz Çingizzadə “Azərbaycan üçün yeni perspektiv – nağdsız iqtisadiyyat” (elmi rəhbər, baş müəllim Günəş Şəfaqətov), Pedaqoji fakültənin Rİ17 saylı qrup tələbəsi Nüranə İbrahimova “İnsen bərabərsizliyi və onun olimpiada çalışmalarına tətbiqi” (elmi rəhbər, baş müəllim Vaqif Abdullayev), Mühəndislik fakültəsinin YN16 saylı qrup tələbəsi Elvin Həşimli “Avtomobil yollarında “tıxaclar” problemi” (elmi rəhbər dosent Səbuhi Qəhrəmanov), İqtisadiyyat və idarəetmə fakültəsinin DB17 saylı qrup tələbəsi Fatimə Rəhimova “SOHO – idarəetmə əməyinin təşkilinin yeni texnologiyası kimi” (elmi rəhbər, baş müəllim Zaur Rəsulov) mövzularında çıxış ediblər.
Sonda Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov çıxış edib. Tələbələrə və elmi rəhbərlərə, konfrans iştirakçılarına təşəükkür edib. Son dövrlər universitetdə tələbələrin elmi fəaliyyətinin daha da təkmilləşdirildiyini, tələbələrdə elmi-tədqiqatlara marağın daha da artıdığını bildirib.
Qeyd edək ki, konfransın işində fakültə dekanları, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.
Şərhlər bağlıdır.