Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib

17

Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə keçirilib.

Panelistlər – startap üzrə ekspert Vüsal Kərimli, “Metafluence” platformasının həmtəsisçisi Elşad Yusifli, “NS Studi”nin təsisçisi Nail Seyidov və frilans UX/UI dizayner Ülvin Ömərov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda şəxsi təcrübələrə əsaslanaraq uğurlu innovativ biznesin qurulmasından bəhs edilib.

Maraqla qarşılanan çıxışlardan sonra iştirakçıların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, panel müzakirələrin əsas məqsədi gənclərin innovativ biznes düşüncəsinin formalaşdırılması və inkişaf etdirilməsi, innovasiya yönümlü fəaliyyətlərə təşviq edilməsi və müvafiq istiqamətlərdə maariflənmə səviyyəsinin yüksəldilməsi işlərinə töhfə məqsədi daşıyıb.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.