Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlər keçirilir

16

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində mentorluq proqramında iştirak etmiş Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları 2-ci “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlərə başlayıblar.

İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsi məqsədi daşıyan layihənin təlimlərinə MDU-nun 50-ə yaxın tələbə və magistantı qatılıb.

Mingəçevir ASAN Xidmətdə və MDU-nun Karyera və İnkişaf Mərkəzində (KİM) təşkil edilən təlimlər “Komanda qurulması və inkişafı”, “Marketinq: bazar təhlili və araşdırılması”, “Sahibkar düşüncə tərzi”, “Layihələrin idarəedilməsi və məhsul inkişafı”, “Dizayn və prototipləşmə”, Məhsul hekayəsi”, “Biznes plan və biznes model”, “Hüquqi məsləhət”, “Maliyyə idarəetməsi strategiyası” və “Fandreyzinq strategiyası” kimi mövzuları əhatə edir.

Təlimlərdən əlavə olaraq universitet rəhbərliyi və layihə əməkdaşları gənclərlə mütəmadi görüşlər keçirir və onlarla motivasiyaedici söhbətlər aparırlar.

Şərhlər bağlıdır.