Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Turizm hüququ” fənnindən təqdimatlar

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi Turizm işinin təşkili ixtisası üzrə təhsil alan Tİ22.2 saylı qrupda “Turizm hüququ” fənnindən tələbələrdən Tayfun Ağasıyev , Aişə Hacıyeva, Nicat Əhmədov və Rəşad Həsənovun “Turoperator və turagentlərin hüquqi statusunun tənzimlənməsi problemi” mövzusunda təqdimatları digər tələbələrin diqqətinə çatdırılmışdır. Yüksək səviyyədə hazırlanan təqdimatlarda Dövlət Statistika Komitəsinin rəsmi statistik rəqəmlərindən də istifadə edilmişdir. Sonda adları qeyd edilən tələbələr verilən suallara da ətraflı cavab vermiş və fənn müəllimi baş müəllim Nazim Niftəliyev tərəfindən qiymətləndirilmişlər. Maraqlı təqdimatlara görə tələbələrə təşəkkür edirik.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.