Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Technest” Təqaüd Proqramının iştirakçıları ilə görüş keçirilib

2024-cü ilin 12 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində Gənclərin “Tech buddy” ilə görüşü keçirilib. Fəal üzvlərin (Active memberlər) axtarışı və icmanın gücləndirilməsi məqsədilə “Karyeranda yenilik et!” şüarı altında keçirilən görüş MDU-nun Rəqəmsal inkişaf və layihələrin idarəolunması şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə MDU-nun akademik inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov açılış nitqi ilə çıxış edərək, görüşün məqsədinin fəal gənclərin bilik və bacarıqlarının aşkarlanmasında, həmçinin öyrəndiklərinin daha da təkmilləşdirilməsi istiqamətində bu kimi təqaüd proqramlarının verdiyi faydalardan danışıb. Bu sahədə atılan addımların MDU-nun 2030 strategiyasına töhfə veridiyini bildirən Ü.Zeynalov rəqəmsallaşmanın, tələbə və əməkdaşların İKT bacarıqlarının inkişaf etdirilməsinin MDU-nun əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Daha sonra İRİA-nın əməkdaşları tərəfindən Technest İcması (Technest Community) haqqında ətraflı məlumat verilib, birlikdə müxtəlif qrup işləri həyata keçirilib.

Tədbirin sonunda “Technest” Təqaüd Proqramı çərçivəsində 3.5 ay müddətində keçirilən “Şəbəkə inzibatçılığı” və “Rəqəmsal marketinq” kurslarını müvəffəqiyyətlə başa vuran əməkdaş və tələbələr sertifikatla təltif olunub.

Qeyd edək ki, MDU-da İRİA-nın “Technest” təqaüd proqramı çərçivəsində 4 istiqamətdə (Rəqəmsal Marketinq, Şəbəkə İnzibatçılığı, Veb proqramlaşdırma və Proqramlaşdırma dilləri) kurslar həyata keçirilir.

Şərhlər bağlıdır.