Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “CV hazırlanması və uğurlu müsahibənin yolları” mövzusunda təlim keçirilib. KİM-in əməkdaşı Razim Qurbanov tərəfindən keçirilən təlimdə MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.
Təlim zamanı CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə, həmçinin tələbələrə praktiki tapşırıqlar verilib və müsahibə prosesinin simulyasiyası həyata keçirilib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Şərhlər bağlıdır.