2023-cü il noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Akademik münasibətlərdə psixoloji dəstək və ünsiyyət texnikaları” mövzusunda təlim keçirilib.
MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantların iştirak etdiyi təlimdə Bakı Dövlət Universitetinin müəllimi və psixoloq Dəniz Umarova təqdimatla çıxış edib.
Təqdimatda ünsiyyətin psixoloji xarakteristikası, ünsiyyət zamanı insanların bir-birini qavraması və anlaması, yaranan çətinliklər və onların aradan qaldırılması, effektiv ünsiyyət texnikaları, stresin idarə edilməsi və digər məsələlər haqqında məlumat verilib.
Maraqla qarşılanan təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Şərhlər bağlıdır.