Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da təlimlər: Özünü kəşf et və məqsədlər

160

2022-ci ilin 15 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün karyera inkişafı ilə bağlı təlimlər keçirilib.

“Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev “Özünü kəşf et”, “Fizika və ekologiya” kafedrasının müəllimi Şəbnəm İslamova isə “Məqsədlər” mövzusunda təqdimatlarla çıxış edərək  özünü tanımaq və özünü inkişaf, hədəf və məqsədlərin düzgün seçilməsi məsələlərindən bəhs edib və iştirakçıların suallarını cavablandırıblar.

Təlimlər tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılıması məqsədilə müvafiq təlimlərin təşkilinə xüsusi önəm verilir.

 

Şərhlər bağlıdır.