Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər

212

Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində, Magistratura və Doktorantura Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib.

Görüşlərdə MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər, tətbiq edilən güzəştlər və müraciət proseduru haqqında ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ölkənin ali təhsil sistemində yaradılan imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.