Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Təcrübə danışır” devizi altında seminar keçirilib

178

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtsadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Təcrübə danışır” devizi altında seminar keçirilib. “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən seminara kafedranın müəllimi Səadət Yusibova moderatorluq edib.

Seminarda çıxış edən “Finn Church Aid” beynəlxalq yardım təşkilatının təmsilçisi Nuranə Əliyeva fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində səfərdə olduğunu bildirib. O, müasir dövrdə turizm destinasiyalarının cəlbediciliyini müəyyən edən amillərdən, səyahətlərin effektiv təşkilindən danışıb və bu sahədə şəxsi təcrübələrini bölüşüb. Bununla yanaşı, xaricdə təhsil və iş imkanları barədə məlumat verən N.Əliyeva tələbələrin suallarını cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.