Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Urbanizasiya və şəhər planlaşdırmasının əsas prinsipləri” mövzusunda seminar keçirilib.
Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin baş mütəxəssisi İsmayıl Kərimov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.
Seminarda şəhərlərin formalaşma mərhələləri, müasir urbanizasiya proseslərinin əsas xüsusiyyətləri və sosial-mədəni mühitə təsirləri, şəhərsalma texnologiyaları, şəhərlərdə ətraf mühitin qorunması və digər məsələlərlə bağlı məlumatlar verilib.
Maraqla qarşılanan seminarda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Şərhlər bağlıdır.