Mingəçevir Dövlət Universitetində (MDU) sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2023-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq MDU-da təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində təhsilverənlər və təhsilalanlar arasında sağlam həyat tərzinin, idmanın insan həyatındakı rolu ilə bağlı maarifləndirici söhbətlər aparılıb, onlara “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı bukletlər paylanılıb.
Həmçinin, MDU-nun müvafiq sosial şəbəkə hesablarında sözügedən mövzularda məlumatlandırıcı paylaşımlar edilib. Qeyd edilmiş paylaşımlarda ziyanlı vərdişlərdən uzaq olmaq, vaxtı səmərəli idarə etmək, idmanla məşğul olmaq, sağlam qidalanmaq, xəstəliklərə qarşı peyvənd olunmaq və təşəbbüskarlıq barədə məlumatlar yer alıb.

Şərhlər bağlıdır.