2023-cü ilin noyabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib.
MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.
Qazi Universitetinin Texnoloji fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” bölümünün professoru Ercan Nurcan Yılmaz tərəfindən “Matlab-dan istifadə etməklə tətbiqi məsələlərin həlli” fənni üzrə keçirilən ustad dərs “Matlab mühitində adi diferensial tənliklərin və tənliklər sisteminin həlli” və “Simulink modelləşdirmə” mövzularını əhatə edib.
İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə iştirakçıların sualları cavablandırılıb. Dərsin sonunda fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da cari tədris ili ərzində digər fənlər üzrə də ustad dərslərin davam etdirilməsi nəzərdə tutulub. Əsas məqsəd universitetdə magistratura səviyyəsində tədrisin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlərlə bağlı tərəfdaş universitetlər arasında təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz koordinatorluq edir.
Şərhlər bağlıdır.