Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da növbəti “Tyutor xidməti” təlim proqramı uğurla başa çatıb

12

Mingəçevir Dövlət Universitetində (MDU) 2023-cü ilin sentyabr ayında ikinci dəfə təşkil edilmiş “Tyutor xidməti” təlim proqramında iştirak etmiş şəxslərlə görüş keçirilib.

Görüşdə universitetdə tyutor xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinin əsas vəzifələrdən biri olduğunu vurğulayan MDU-nun rektoru Şahin Bayramov cari tədris ilində artıq ikinci dəfə keçirilən sözügedən təlim proqramının bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını bildirib. Təlim proqramını uğurla başa vuran iştirakçıları təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təlimlərin məzmunlu, maraqlı və praktiki yönümlü təşkilindən məmnunluqlarını ifadə edən iştirakçılar göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Sonra təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən sözügedən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”,  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimat bacarıqları” mövzularını əhatə edib.

 

Şərhlər bağlıdır.