Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib

13

2023-cü il noyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Ağ ölüm – insan əhvalı˝ adlı maarifləndirici seminar keçirilib. Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.

Seminarda narkomaniyaya gətirib çıxaran hallardan, onun insan əhvalına mənfi təsirindən bəhs edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.