Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da mühazirə: “Heydər Əliyev: Əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı”

30

2023-cü il mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən mühazirədə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinin vacibliyindən danışıb, bu məqsədlə universitetdə keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Sonra Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova məruzə ilə çıxış edib. Məruzədə ümimmilli lider Heydər Əliyevin daima milli maraqlara söykənən uzaqgörən siyasəti, çoxşaxəli və yorulmaz titanik fəaliyyəti, qətiyyəti və güclü siyasi iradəsi ilə öz adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirdiyi vurğulanıb. Əbədiyaşar liderin rəhbərliyi dövründə Azərbaycanda baş vermiş intibah, tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğundan bəhs edilib və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən danışılıb.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, ˝Heydər Əliyev İli˝ çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.