Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə “Nə? Harada? Nə Zaman?” intellektual oyunu formatında bilik yarışı keçirilib.
Yarışın açılışnda çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə Yusifova Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Ümummili Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan tarixi, fizika, ekologiya və coğrafiya ilə bağlı, eləcə də ümumi dünyagörüşü xarakterli sualların təqdim edildiyi yarışda MDU tələbələrindən ibarət “Zəfər”, “Qarabağ”, “Ekosistem” və “Kvant” komandaları mübarizə aparıblar. Ən yüksək nəticə göstərən “Ekosistem” komandası yarışın qalib olub.
Sonda yarış iştirakçılarına müvafiq hədiyyələr təqdim edilib.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş sözügedən bilik yarışı da məhz bu məqsədlə təşkil olunub.
Şərhlər bağlıdır.