Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Master bacarıqlar” adlı təlim keçirilib

2024-cü ilin 22 aprelində Mingəçevir Dövlət Universitetinin (MDU) “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə “Master bacarıqlar” adlı təlim keçirilib. 3D Klubunun təsisçisi, mentor, Biznes və nəfəs kouçu Cəfər İbadovun təqdimatında keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları və qonağı salamlayıb. Gənclərin daha uğurlu karyera qurması üçün təqdim edilən bu kimi təlimlərin səmərəli nəticələr göstərdiyini qeyd edən professor hər kəsə uğurlar arzulayıb.

Təlimçi C.İbadov öncə 3D Klubu haqqında danışıb. Bildirib ki, bu klub öz fəaliyyətilə ölkəmizdəki təlimçilik ənənələrinə yeniliklər gətirməkdədir. 3D Klubunun fəlsəfəsinə görə bütün problemlərimizin dərin səbəbləri düşüncə, duyğu və davranışın birgə vəhdətindən yarandığı üçün, onların həlli və profilaktikası da məhz bu 3 ünsürün birgə tətbiqi zamanı effektiv olar. Eyni zamanda hər kəsin özünün lider olduğu bir sahə var və həmin sahəni də məhz daha üstün 3D səviyyəsində, master bacarıqlarla əldə etmək mümkündür.

Təqdimatla çıxış edən təlimçi bildirib ki, sərt və yumuşaq bacarıqlar üzrə təqdim edilən nəzəri və praktiki yanaşmalar 3D (düşüncə, duyğu və davranış) üzrə kompleks tətbiq edilmədiyi təqdirdə nəticələr müvəqqəti xarakter daşıyır. Qalıcı və effektiv nəticələr əldə etmək üçün 3D üzrə təklif edilən unikal həllərə diqqət yetirilməlidir. Bu unikal yanaşmanın üstünlüyü ondan ibarətdir ki, məsələlərə kompleks şəkildə baxılır və nəticələrin qiymətləndirilməsi daha operativ mümkün olur.

Sonda iştrakçıları maraqlandıran suallar C.İbadov tərəfindən cavablandırılıb, maraqlı təkliflər irəli sürülüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.