2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Uğurlu karyerada magistr təhsilinin əhəmiyyəti” mövzusunda seminar keçirilib.
MDU-nun bir qrup tələbəsinin iştirakı ilə keçirilən seminar gənclər arasında magistratura təhsilini təbliğ etmək və ali təhsilin bu səviyyəsinin karyera inkişafında əhəmiyyəti barədə tələbələri məlumatlandırmaq məqsədi daşıyıb
Seminarda MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşı Elvin Muradzadə “Bakalavr təhsilindən sonra hansı hallarda magistratura təhsili almaq vacibdir?”, “Magistratura təhsili almağın üstünlükləri nələrdir?”, “Dissertasiya mövzusunu necə seçməliyəm, nələrə diqqət etməliyəm?” və “Xaricdə magistratura təhsili almağın yolları və şərtləri nələrdir?” sualarına cavab formatında təqdimatla çıxış edib.
Maraqla qarşılanan seminarda iştirakçıların sualları cavablandırılıb.
Şərhlər bağlıdır.