2023-cü il dekabrın 1-də Mingəçevri Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifəndirici seminar keçirilib.
Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin baş mütəxəssisi Mirsahib Eminov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə, magistrant və məzunu iştirak edib.
Seminarda təqdimatla çıxış edən M.Eminov qeyri-formal məşğulluq və onun mənfi təsirləri, əmək müqaviləsi ilə çalışmağın üstünlükləri, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri və digər məsələlər haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Sonda iştirakçılara qeyri-formal məşğulluqla mübarizəyə aid məlumatlandırıcı bukletlər təqdim edilib.
Şərhlər bağlıdır.