Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da maarifləndirici seminar: “Qeyri-formal məşğulluq və onunla mübarizə”

22

2023-cü il dekabrın 1-də Mingəçevri Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifəndirici seminar keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin baş mütəxəssisi Mirsahib Eminov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə, magistrant və məzunu iştirak edib.

Seminarda təqdimatla çıxış edən M.Eminov qeyri-formal məşğulluq və onun mənfi təsirləri, əmək müqaviləsi ilə çalışmağın üstünlükləri, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri və digər məsələlər haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Sonda iştirakçılara qeyri-formal məşğulluqla mübarizəyə aid məlumatlandırıcı bukletlər təqdim edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.