Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da karyera təlimi: İş axtarışı və rezüme

71

2022-ci ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “İş axtarışı və rezüme” mövzusunda təlim keçirilib.

Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov təqdimatla çıxış edərək iş axtarma prosesi və mərhələləri barədə danışıb, düzgün CV və rezüme tərtib etməyin qaydalarından bəhs edib, tələbələrə praktiki tapşırıqlar verib və onların suallarını cavablandırıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır.