Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da ilk dərs Ümummilli Liderimizə həsr olunub

13

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin ilk dərsi müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub.

Bununla əlaqədar olaraq, 2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu ali təhsil müəssisəsinə yeni qəbul olmuş I kurs tələbələrinə auditoriyalarda baş çəkiblər. Tələbə adını qazanmaları, “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə gəncləri təbrik edib, öz dəyərli məsləhətlərini bölüşüb və  təhsil həyatlarında onlara uğurlar aruzlayıblar.

Bildirilib ki, MDU-da ilk dərsin Ümummilli Liderimizə həsr olunması təqdirəlayiqdir, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği gənclərin Vətənə, xalqa və dövlətə bağlı peşəkar kadr kimi formlaşamalarına misilsiz töhfələr verir. Bununla yanaşı, tələbələrin karyera inkişafı, əlavə bilik və bacarıqlarının artırılması, xaricdə təhsili və digər istiqamətlərdə MDU-da çoxşaxəli imkanların yaradıldığı qeyd edilərək, onların bu potensialdan maksimum faydalanmaları tövsiyə edilib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tələbələr göstərilən diqqətə, təbrikə və dəyərli tövsiylərə görə minnətdarlıqlarını bildiriblər.

 

Şərhlər bağlıdır.