Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi-praktik konfransı keçirilib

10

2023-cü il 4 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi: rəqəmsallaşma və texnologiyalar sahəsində gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib. MDU-nun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.

Tədbirin açılışında çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva,  İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev konfransın aktuallığını və önəmini diqqətə çatdırıblar.

Sonra tələbələr məruzələrini təqdim ediblər. Mühəndislik fakültəsinin tələbələrindən Ayişə Mikayılova “Müasir dövrün aktual mühəndislik problemləri”, Mayıl Rəhimzadə “Təhlükəsizlik sistemləri: Firewall”, Səid Sadıqov “Kvant kompüter texnologiyaları: bu gün və gələcəkdə”, Aynur Mirzəyeva “Sensorlar və onların gündəlik həyatda istifadəsi”, Eldar  Məmmədov “Təbii dilin emalı texnologiyaları”, Aslan Ələkbərzadə “X və XI nəsil prosessorların müasir texniki sistemlərdə inkişafı” və Xatın Qaraşova “Kompüter sənayesinin mövcud vəziyyəti və müasir trendlər” mövzusunda çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Şərhlər bağlıdır.