Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

14

2022-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantların iştirak etdiyi tədbirdə, əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında MDU rəhbərliyinin bayram təbriklərini çatdıran tədris şöbəsinin müdiri Üzeyir Zeynalov cari ildə universitetin əldə etdiyi nailiyyətlərdən bəhs edib və qarşıdan gələn yeni ildə MDU ailəsi üzvlərinə uğurlar arzulayıb.

Universitet həyatında yaddaqalan hadisələrin əks olunduğu videoçarxın nümayişindən sonra, tədbirdə MDU əməkdaşları və tələbələrinin ifasında müxtəlif şeirlər və mahnılar səsləndirilib, rəqslər və səhnəciklər təqdim edilib.

               

Şərhlər bağlıdır.