Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

21

2023-cü ilin fevralın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və Mühəndislik fakültəsinin fəaliyyəti haqqında hesabatlar dinlənilib. Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra hər iki hesabat Şura üzvləri tərəfindən qəbul olunub.

Sonra iclasda “Heydər Əliyev İli” çərçivəsində MDU-da nəzərdə tutulan tədbirlər, universitet-sənaye əməkdaşlığı, energetika sahəsində kadr hazırlığı və seçkili vəzifələrə seçkilərin keçirilməsi məsələləri ilə bağlı aidiyyəti struktur bölmə rəhbərlərinə müvafiq göstərişlər verilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Şərhlər bağlıdır.