2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin məsul əməkdaşları Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Rəhbər heyəti arasında ikitərəfli əməkdaşlığın potensial istiqamətləri və perspektivləri barədə müzakirələrdən sonra universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və məzunlarının iştirakı ilə görüş keçirilib.
Qonaqları və görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov DƏDKR-in tələbə və məzunların karyera inkişafını dəstəkləyən bu təşəbbüsünü təqdirəlayiq addım kimi qiymətləndirib və dövlət qurumunun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra DƏDKR-in İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Rauf Abbasov təmsil etdiyi qurumda reallaşdırılan ödənişsiz təcrübə proqramı və ölkəmizin regionları üzrə işədüzəlmə imkanları barədə ətraflı məlumat verib.
Daha sonra tələbə və məzunları maraqlandıran suallar cavablandırılıb.
Şərhlər bağlıdır.