Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU alimlərinin elmi məqalələri nüfuzlu jurnalda nəşr olunub

21

Mingəçevir Dövət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının alimləri Namaz Manafovun “Ceyhun Hacıbəylinin elmi yaradıcılığında Qarabağ dialekti” (Karabakh dialect in the scientific work of Jeyhun Hajibaylı) və Maarifə Manafovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası (Professor Mahirə Hüseynovanın tədqiqatlarında)” (Mutual integration of dialects and accents of common Turkic languages ( In the studies of professor Mahira Huseynova) adlı məqalələri Polşada nəşr edilən nüfuzlu “Polish journal of science” (№ 59 2023, DOİ, SJİF İmpact Factor) jurnalının “Filologiya” bölməsində dərc edilib.

N.Manafov məqaləsində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin elmi yaradıcılığında dilçilik görüşlərini təqdim edib.

M.Manafovanın məqaləsində isə oxucular azərbaycanlı filoloq alim, professor Mahirə Hüseynovanın tədqiqatlarında türk dillərinin dialektoloji əlaqələri ilə bağlı əksini tapmış fikirlərlə tanış ola bilərlər.

Qeyd edək ki, elmi fəaliyyətlərin nəticəyönümlüyünün artırılmasını diqqət mərkəzində saxlayan MDU-da akademik heyət üzvlərinin beynəlxalq nüfuzlu elmi jurnallarda məqalələrinin dərc edilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.