Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

129

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının baş  müəllimi, fizika üzrə fəlsəfə doktoru Rayihə Ağayevanın həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Sinqapurun World Scientific Publishing akademik nəşriyyatının “Modern physics letters B” elmi jurnalının 2022-ci il, 36-cı cild 32-ci buraxılışında dərc edilib. “Ag8GeSe6 birləşməsinin ion keçiriciliyi” (ingilis dilində: “Ionic conductivity of the Ag8GeSe6 compound”) adlı məqalənin yer aldığı sözügedən elmi jurnal nüfuzlu Web of Science elmimetrik bazasında Q3 kvartili üzrə indeksləndirilir.

Məqalədə sabit və dəyişən elektrik sahələrində Ag8GeSe6 birləşməsinin keçiriciliyinin temperaturdan asılılığı tədqiq edilib.

Qeyd edək ki, elmi fəaliyyətlərin nəticəyönümlüyünün artırılmasını diqqət mərkəzində saxlayan MDU-da akademik heyət üzvlərinin beynəlxalq nüfuzlu elmi jurnallarda məqalələrinin dərc edilməsinə xüsusi önəm verilir.

 

Şərhlər bağlıdır.