Mingəçevir Dövlət Universitetinin (MDU) “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti Mayıs Gülalıyev və i.f.d., baş müəllim Ruhiyyə Hüseynovanın həmmüəlliflərlə birgə yazdıqları elmi məqalə “WSEAS Transactions on Business and Economics” jurnalının 2022-ci il tarixli, 19-cu cildində dərc edilib. “Neft ixrac edən ərəb ölkələrində neft qiyməti şoklarının iqtisadiartıma təsirinin qiymətləndirilməsi” (İngilis dilində: “Assessing the Impact of the Oil Price Shocks on Economic Growth in Oil-Exporting Arab Countries”) adlı məqalənin yer aldığı sözügedən jurnal nüfuzlu Scopus bazasında indeksləndirilir.
Bundan əlavə, MDU-nun baş müəllimi R.Hüseynovanın həmmüəlliflərlə birgə yazdığı “Azərbaycanda kənd təsərrüfatının inkişafının innovativ amili kimi rəqəmsallaşmanın effektivliyi” mövzusunda digər məqalə isə “Journal of Eastern European and Central Asian Reserch” jurnalının 2022-ci il tarixli, 9-cu cild, 2-ci buraxılışında dərc olunub. Jurnal həm Web of Science, həm də Scopus bazasına daxildir.
Qeyd edək ki, MDU Elmi Şurasının müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırıb. Nəticədə, MDU əməkdaşlarının nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrinin sayı artıb.
Şərhlər bağlıdır.