Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Marneulidə toy karvanında dəhşətli qəza: iki gənc həlak oldu

Baydar kəndi yaxınlığında avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb; hadisə toy karvanının sürət yarışması zamanı baş verib

644

Gürcüstanın Marneuli bələdiyyəsində, Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ciddi yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib, daha iki nəfər isə ağır xəsarət alıb.

Qəza zamanı həlak olan şəxslər azərbaycanlılar – 23 yaşlı Üfiq Bədəlov və Ümid Adıgözəlov olub.

Məlumata görə, hadisə gəlin aparmaq məqsədilə yola çıxan toy karvanının avtomobillərinin sürətlə hərəkət etməsi və bir-biri ilə yarışması nəticəsində baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.