Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Marketlərdə oğurluq edən şəxslər polis tərəfindən saxlanıldı

Xəzər və Nərimanov rayonlarında müştəri qismində daxil olaraq spirtli içki, tütün və pul kisəsi oğurlayan şəxslər müəyyən edilib

63

Xəzər və Nərimanov rayonlarında yerləşən bir neçə marketdən oğurluq faktları qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar göstərib ki, hər iki şəxs marketlərə müştəri kimi daxil olaraq spirtli içki və tütün məmulatlarını oğurlayıb satıblar. Bundan əlavə, E.Qədirov ictimai nəqliyyatda bir qadına məxsus pul kisəsini də taladığı bildirilir.

Faktlarla bağlı araşdırma davam edir və əlavə tədbirlər görülür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.