Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mariya Zaxarova layihəyə qatılma imkanlarının araşdırılacağını açıqlayıb

Layihə hələ ilkin mərhələdədir; Zəngəzur dəhlizinin istifadəsi və regional əməkdaşlıq sənədləri artıq imzalanıb

115

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə qoşulma variantlarını öyrənməyə hazırdır.

Zaxarova brifinqdə qeyd edib ki, Rusiya Dəmir Yollarınının xüsusi ekspertizasını nəzərə alaraq, layihəyə mümkün qatılma imkanlarını araşdırmaq istəyi mövcuddur. “Lakin əvvəlcə təşəbbüsün bütün texniki və təşkilati detalları ilə yaxından tanış olmaq lazımdır. Hazırda layihə yalnız ilkin mərhələdədir”, – deyə o əlavə edib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə regional əməkdaşlıqla bağlı birgə bəyannamə imzalayıblar. Sənəddə Zəngəzur dəhlizinin, digər adı ilə “Tramp Marşrutu”nun, istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.