Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mal əti yenidən bahalaşdı

Paytaxtda 2 manat, bölgələrdə 1 manat artım müşahidə olunur

29

Bakıda və bəzi bölgələrdə mal ətinin qiyməti artıb. Paytaxtda ət 20 manata, bölgələrdə isə 17 manata satılır.

Qəssablar qiymət artımının onların xeyrinə olmadığını bildirirlər. Onların sözlərinə görə, qiymət yüksəldikcə alıcı sayı azalır. Qiymət artımına əsas səbəb isə mal qıtlığıdır. Əvvəllər xaricdən gətirilən heyvanlar artıq bazara daxil olmur. Eyni zamanda, otun qiyməti və örüş sahələrinin azalması da qiymətlərin yüksəlməsinə təsir göstərir.

Qeyd edək ki, quzu ətinin qiymətində isə dəyişiklik yoxdur – hazırda onun qiyməti 19-20 manat aralığındadır.

İqtisadçı Xalid Kərimli ətin bahalaşmasını idxaldan asılılıq və yerli məhsulun kifayət qədər olmaması ilə izah edir:
“Təsərrüfatda yemlərin qiyməti artıb, bu isə heyvandarlıqla məşğul olanlara sərf etmir. Şərqi Zəngəzur və Qarabağda heyvan sayı artarsa, qiymətlər nisbətən aşağı düşə bilər.”

Ekspert həmçinin bildirir ki, əhali artımı fonunda saxlanılan heyvanların azalması qiymətlərin yüksəlməsinə təkan verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.