Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Makron İlham Əliyevlə telefon danışıqlarını paylaşıb

Fransa Prezidenti İran zərbələrinə görə Azərbaycana dəstəyini və həmrəyliyini ifadə edib

163

Makron İlham Əliyevlə telefon danışığından sonra Azərbaycan dilində paylaşım edib
Fransa Prezidenti Emmanuel Makron rəsmi X hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını açıqlayıb.

Paylaşımda qeyd olunub: “Bölgə liderləri ilə məsləhətləşmələrim çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrinə görə ona dəstəyimizi və həmrəyliyimizi bildirdim. Həmçinin, vətəndaşlarımızın təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma təşəkkür etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.