Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Makron İlham Əliyevə Zəng Etdi

Fransa Azərbaycana dəstəyini ifadə etdi

258

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Fransa lideri İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı ölkəsinin Azərbaycanla həmrəy olduğunu və dəstəyini ifadə edib. O, eyni zamanda İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsinə göstərilən köməyə görə təşəkkürünü çatdırıb.

Prezident İlham Əliyev telefon danışığına və göstərilən həmrəyliyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Cənubi Qafqazda sülhün gücləndirilməsi, eləcə də Azərbaycan–Fransa münasibətlərinin yenidən fəallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.