Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Magistratura imtahanlarının nəticələri elan edildi

Bakalavrlar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə nəticələrini həm DİM portalından, həm də mobil operatorlar vasitəsilə öyrənə bilərlər.

41

Dövlət İmtahan Mərkəzi (DİM) 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan qapalı və kodlaşdırıla bilən açıq tipli 95 tapşırıqdan ibarət olub. Nəticələrlə buradan tanış olmaq mümkündür.

Bakalavrlar həmçinin nəticələri mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə öyrənə bilərlər. Bunun üçün “iş nömrəsi”ni 7727 nömrəsinə göndərmək kifayətdir.

Xarici dil fənləri üzrə esse tapşırıqlarının yoxlanılması tamamlandıqdan sonra yekun imtahan balı 6 həftə ərzində elan olunacaq. İmtahanda iştirak edənlər qapalı və kodlaşdırıla bilən tapşırıqlardan 95, esse tapşırıqlarından isə maksimum 5 bal toplaya bilərlər.

Qeyd olunur ki, 22 780 bakalavr imtahana qeydiyyatdan keçsə də, 519 nəfər iştirak etməyib. İmtahan qaydalarını pozduqları üçün 2 nəfərin nəticəsi ləğv olunub.

Apellyasiya müraciətləri yalnız yekun bal açıqlanandan sonra qəbul ediləcək. Müraciətlər yalnız tapşırıqların məzmunu və esse işləri ilə bağlı olacaq. Cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunduğu üçün təlimata uyğun olmayan cavablar, o cümlədən texniki səhvlər nəzərə alınmayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.