Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Magistratura imtahanlarına hazırlıq prosesi

DİM-in təşkil etdiyi sınaqda 441 namizəd iştirak etdi, nəticələr mərhələli şəkildə açıqlanacaq

83

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq istəyən namizədlər üçün elektron formatda sınaq imtahanı təşkil edib.

DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda, həmçinin Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran və Xaçmaz şəhərlərində yerləşən regional bölmələrin inzibati binalarında keçirilib. Naxçıvan şəhərində isə sınaq imtahanı 4 nömrəli məktəbdə təşkil olunub.

İmtahanda iştirak üçün qeydiyyat internet vasitəsilə aparılıb və ümumilikdə 493 nəfər müraciət edib. Onlardan 441 nəfər imtahanda iştirak edib.

Sınaq imtahanı bütün məkanlarda eyni vaxtda — saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahanı başa vurduqdan dərhal sonra (esse tapşırıqları istisna olmaqla) ilkin nəticələrlə tanış olmaq imkanı əldə ediblər.

Qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə nəticələrin yanvarın 19-da gün ərzində DİM-in rəsmi internet saytında yerləşdiriləcəyi bildirilib. Yekun imtahan nəticələri isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra, təxminən iki həftə ərzində açıqlanacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.